Tələbələr arasında debat turnirləri başlayıb

126

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu “Ali təhsil müəssisələrinin tələbələri arasında debat” layihəsinə start verib.

Layihənin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə, təyin olunmuş mövzular üzərində araşdırmalar aparmalarına, məntiqi təffəkürün inkişafına, liderlik, komanda işi, inandırma və təqdimetmə bacarıqlarının inkişafına, habelə müasir və sağlam düşüncəli gəncliyin yetişməsinə nail olmaqdır. Layihə çərçivəsində təşkil olunacaq debat turnirləri Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda baş tutacaq. Debatlar seçmə, yarımfinal və final mərhələlərindən ibarət olacaq.  Sonda Gənclər Fondu tərəfindən qaliblər mükafatlandırılacaqlar. Layihə dekabr ayının 14-dək davam edəcək.

Debat turnirlərini idarə etmək  üçün hakimlər qrupu formalaşdırılır. Bu  məqsədlə  noyabrın 6-dan Gənclər Mərkəzində təlimlərə start verilib. 2 gün davam edən təlimləri uğurla başa vuran gənclərə hakimlik diplomu təqdim edilib.

Rəmzi İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: