“Qarabağ” “Vorskla” ilə Ukraynada keçirəcəyi matçdan əvvəl məşqə çıxıb

137

“Qarabağ” komandası “Vorskla” ilə Ukraynada keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl məşqə çıxıb. NUHÇIXAN-ın məlumatına görə, məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Aleksey Butovski adına stadionda təşkil olunmuş hazırlıq prosesini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsul Elşən Vəliyev də izləyib. “Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış idman köynəyi hədiyyə edib.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: