Milli parkda yeni müşahidə məntəqələri yaradılıb

128

NUHÇIXAN xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəklədiyi “Qafqazda bəbir və onun qida obyektlərinin monitorinqi” layihəsi çərçivəsində akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında müşahidə məntəqələri yaradılıb. Milli Parkın Tillək meşəsi ərazisi və Ordubad Dövlət Təbiət Yasaqlığının Darıdağ massivində yaradılan yeni infrastruktur mühafizə işlərinin müasir tələblər səviyyəsində qurulmasına kömək edəcək. Müşahidə mənqələrindən xüsusi mühafizə olunan əraziləri demək olar ki, tam nəzarətdə saxlamaq mümkündür. Eyni zamanda bu qurğular heyvanat aləminin say dinamikasını izləmək üçün də olduqca əhəmiyyətlidir.

                                                                     Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: