Nazir: Pakistan Azərbaycan ordusunu ehtiyac olan müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazırdır

152

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Zubeyda Cəlal Xan ilə görüşüb.

Səfirlikdən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub, bu sahədə birgə layihələrin davam etdirilməsi, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın, təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, müştərək müəssisələrin yaradılması imkanları haqqında fikir mübadiləsi aparılıb.

Z.C.Xan Pakistanın Azərbaycanla bütün sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın daha da gücləndirilməsinə maraqlı olduğunu və Pakistanın Azərbaycan ordusunu ehtiyac olan müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulayıb. Pakistanın müdafiə istehsalatı üzrə müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir qarşılıqlı müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın gələcək perspektivləri və müqavilə-hüquq bazasının artırılması imkanları haqqında söhbət açıb, cari ilin 27-30 noyabr tarixlərində keçiriləcək İDEAS 2018 Pakistan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycandan da nümayəndə heyətinin dəvət edildiyini və heyətin iştirakını gözlədiklərini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: