“Facebook” şirkəti ABŞ-da aralıq seçkilərinə kənar qüvvələr tərəfindən müdaxilə ehtimalı olmasını elan edib

112

ABŞ-da noyabrın 6-da keçirilən aralıq seçkilərə bir gün qalmış “Facebook” şirkəti 100-dən çox akkauntun bağlandığını elan edib. Bu fakt onunla bağlıdır ki, həmin akkauntların seçkilərə müdaxilə etməyə çalışan xarici təşkilatlarla bağlı olması ehtimal edilir.

Şirkətin bəyanatında deyilir ki, “Facebook” hüquq mühafizə orqanlarından daxil olmuş məlumata əsaslanaraq fransız, ingilis, rus dillərində akkuntların əlaqəli fəaliyyətinin tərkib hissələri olan 100-dən çox akkauntu, daha dəqiq desək “Facebook”da 30, “Instagram”da isə 85 akkauntu bağlayıb.

NUHÇIXAN xəbər verir ki, “Facebook” şirkəti tərəfindən bloklanmış bütün səhifələr fransız və ya rus dilində, “Instagram”dakı akkauntlar isə əsasən ingilis dilində məlumat yayırlar. Şirkətdən verilən məlumata görə, bu akkauntların bir qismi məşhur şəxslər haqqında yanlış informasiya yaymaqla məşğuldur, digərləri isə siyasi debatlara həsr edilib.

ABŞ daxili təhlükəsizlik və ədliyyə nazirliklərinin, Milli Kəşfiyyat Direktoru Aparatının və Federal Təhqiqat Bürosunun birgə bəyanatında deyilir ki, hüquq mühafizə orqanları xaricdən təsirə qarşı mübarizə məqsədilə ən müasir metodlardan istifadə edirlər.

İran və Rusiya “Facebook”da yanlış məlumatlandırma kampaniyalarında iştirak etmədiklərini bildirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: