Azərbaycan sandaçıları dünya çempionatında üç qızıl medal qazanıblar

130

İtaliyanın Karrara şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatına yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, çempionatda ölkəmizi 12 idmançı təmsil edib.

Mundialda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 3 idmançısı mükafatçılar sırasında yer alıb. Sanda döyüşlərində böyüklərin mübarizəsində 56 kiloqram çəki dərəcəsində yarışan üçqat Avropa çempionu, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Elçin Eminov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklərin mübarizəsində 65 kiloqram çəkidə Atilla Həsənsoy da uğurla çıxış edərək qızıl medala sahib olub.

Turnirdə 14-15 yaşlı idmançıların yarışında Fətəli İsmayılov (56 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq ikiqat dünya çempionu adını qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: