Qışı xəstəliksiz keçirmək istəyirsinizsə

172

Havanın dəyişməsi, yaşadığımız stress, yuxusuzluq və balanssız qidalanma immunitet sistemini zəiflədir.

Bu səbəbdən də payızı xəstələnmədən keçirmək və qışa yaxşı hazırlaşmaq üçün immunitet sistemini gücləndirmək lazımdır.

NUHÇIXAN payız-qış aylarını xəstəliksiz keçirmək, immuniteti gücləndirmək üçün əməl etməyiniz gərəkən 10 qızıl qayda haqqında məlumat verir:

1. İmmuniteti gücləndirməyin ilk şərti düzgün qidalanmadır. Bunun üçün tam taxıl məhsullarını, karbohidratları, zülal və yağı balanslı qəbul edin. Siqaret, spirt və şəkərdən uzaq durun. Soğan, sarımsaq, ispanaq, şüyüd, cəfəri, pomidor, gül kələmi yeyin, çünki onlar antioksidant baxımından zəngindir.

2. Kifayət qədər yatın. Qədərində yuxu sağlamlığımız üçün su içmək qədər əhəmiyyətlidir. Yaxşı yuxunun əsas göstəricisi adamın səhər rahat oyanması və gün ərzində özünü gümrah hiss etməsidir. Keyfiyyətsiz  yuxu müvazinəti pozur, immunitetin zəifləməsinə səbəb olur.

3. Hər gün açıq havada gəzin. Açıq havada zaman keçirmək sağlam orqanizm və güclü immunitet üçün olduqca vacibdir.

4. Hərəkətsiz qalmayın. Kompüter qarşısında və hərəkətsiz çox vaxt keçirməyin.

5. Nizamlı qaydada idman edin. Xəstəlikdən qorunmaq və əngəlləmək üçün idmanın çox böyük əhəmiyyəti var. Nizamlı məşq etmək immuniteti qüvvətləndirir, viruslarla və bakteriyalarla mübarizəni təmin edir.

7. Özünüzü həddindən artıq yormayın. Dincəlmək üçün özünüzə zaman ayırın.

8. Stresdən uzaq durun, ya da stressi məğlub etməyə çalışın. Bədən stressi yox etmək üçün maddələr istehsal edir və tarazlığı tənzimləyir, bununla da immun sistemində tənəzzül meydana gəlir. Bu səbəblə stress halında hamımız daha tez-tez xəstələnərik.

9. Sevdiyiniz insanlara vaxt ayırın. Sevdiklərinizlə çox vaxt keçirin, güclü sosial əlaqələr qurun.

10. Pozitiv düşünün. Müsbət düşünmək insanı fiziki və duyğusal olaraq rahatlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: