Gənclər üçün elmi-nəzəri seminar keçirilib

306

Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsinin Klinik Xəstəxanasında “Gənclərin sağlam həyat tərzi milli genofondumuzun əsasıdır” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, tədbirdə gənclərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası istiqamətində görülən işlərdən bəhs edilib.

Mütəxəssislər gənclərin sağlamlığı, qidalanma rejimi, sosial, psixoloji vəziyyətləri, onlara təsir edən amillər haqqında danışıblar. 

Nəzərə çatdırılıb ki, qərarsızlıq, nə istədiyini bilməmək, internet asılılığı, televizora bağlılıq, məsuliyyətsizlik, tənbəllik və s. kimi amillər vaxtın düzgün idarə olunmamasının ən başlıca göstəriciləridir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: