Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

142

Prezident Armen Sarkisyanın fərmanı ilə  buraxılan parlamentin son iclasında işğalçı ölkə tarixinin ən böyük amnistiya layihəsi qəbul edilib. İclasda Ermənistan həbsxanalarındakı ağır vəziyyətə və rüşvət hallarına da toxunulub.

Ermənistan prezidenti Armen Sarkisyan cümə axşamı parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Qərara əsasən növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilib.  Ermənistan parlamentinin son iclasında ikinci və yekun oxunuşda ölkə tarixinin ən böyük amnistiya layihəsini qəbul edib. Amnistiya qərarı 2016-cı ildə Irəvanda polis post-patrul bölməsini ələ keçirən “Sasna Tsrer” silahlı qruplaşmasının üzvlərinə, həmçinin 2015-ci ilin aprelində qondarma “erməni soyqırımı” qurbanlarının anım günündə kütləvi etiraz aksiyası planlaşdıran məhkumlara da şamil olunacaq. Parlamentin son iclasında həbsxanalardakı vəziyyət də müzakirə olunub. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib ki, Penitensiar müəssisələrdə kameraların, binanın şəraiti, məişət durumu çox pis haldadır. Məhbusların köçürülməsi zamanı onlara qohumları ilə ünsiyyət  yaratmağa imkan verilmir.  Dəfələrlə beynəlxalq səviyyədə olunan xəbərdarlıqlara baxmayaraq Ermənistanda bu sahədə  vəziyyət düzəlmir. Həbsxana rəhbərləri üçün məhbusların taleyi maraqlı deyil. Onlara vaxtında tibbi yardım göstərilmir. Ona görə də həbsxanalarda xəstəliklərin və ölüm hallarının sayı artır. Ölkənin ən böyük həbsxanası-Nubaraşendə vəziyyət daha ağırdır. Buradakı tibbi alətlər yalnız hərarət və təzyiqölçən avadanlıqlardan ibarətdir. Üstəlik həbsxana qəza vəziyyətindədir. Bura  əsl cəhənnəmi xatırladır. Nikol Paşinyan ölkədəki korrupsiya və rüşvət hallarından da danışıb. Zərəçəkənlər arasında iş adamı Silva Hambarsumyanın da adının olduğunu bildirib. Ermənistan tarixində ən böyük rüşvət ondan alınıb. 2008-ci ildə o, Silva Hambarsumyan deputat Aram Harutunyana 14 milyon dollar verdiyini etiraf edib. Serj Sarkisyanın partiyasının üzvü olan Harutunyan o vaxt təbiəti mühafizə naziri vəzifəsində çalışıb.  Silva Hambarsumyan  8 milyon dolları onun Dubaydakı hesabına keçirib, 6 milyon dolları isə hissə-hissə nağd verib. O, rüşvəti lisenziya üçün verib, lakin həmin lisenziya qısa müddətdən sonra ləğv edilib.  2008-ci ilin  1 mart terronun araşdırılması üzrə istintaq qrupunun rəhbəri Vaaqn Arutyunyanın da adı rüşvət qalmaqalında hallanır. Ona təklif olunan məbləq müqabilində Arutyunyan 10 il əvvəl baş verən qanlı hadisələrin düzgün araşdırılmasının qarşısını alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: