Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 4,2 faiz artıb

284

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun  mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, uğurla icra olunan dövlət proqramlarının nəticəsində Naxçıvan Muxtar Respublikasının  sürətli iqtisadi inkişafında sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Bundan başqa  özəl sektorun, kiçik və orta sahibkarlığın  inkişafı ilə biznes mühiti yaxşılaşdırılıb. İndi  demək olar ki, iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edir və nəticədə yeni iş yerlərinin açılmasına geniş imkanlar yaranıb.

Bu da öz növbəsində muxtar respublikada sığorta-pensiya sisteminin fəaliyətində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində artım ilə müşahidə olunub.

Belə ki, muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının yığılmasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün mühüm addımlar atıb. Belə ki, muxtar respublika ərazisindəki təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində cari ilin 10 ayı ərzində müvafiq işləri həyata keçirib və nəticədə Fondun gəlirləri 4,2 faiz artıb.

2018-ci ilin 10 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 4,2 faiz və ya 2 milyon manatdan çox artaraq 56 milyon manata çatıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda mövcud olan artım, muxtar respublika üzrə 54 min nəfərə yaxın əmək pensiyaçılarının pensiyalarının və sosial sığorta hadisəsi baş verdikdə məcburi dövlət sosial sığortası üzrə ödəmə alan sığortaolunanlara ödəmələrin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: