Dünya tacı uğrunda növbəti matç Avropada keçirilməyəcək

139

Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Arkadi Dvorkoviç bildirib ki, başçılıq etdiyi qurum dünya çempionatı adı uğrunda matçların keçirilməsi zamanı rotasiya prinsipini rəhbər tutmaq niyyətindədir.

NUHÇIXAN-ın məlumatına görə, o deyib: “Düşünürəm ki, Asiya ölkələri – Çin, Yaponiya, Honkonq və Sinqapur ən iri turnirlərin, o cümlədən dünya çempionatlarının təşkili üçün öz namizədliklərini irəli sürəcəklər. Biz dünya çempionatlarının keçirilməsi zamanı kontinentlərin rotasiyasına əməl olunmasını istəyirik. Odur ki, növbəti turnir həqiqətən də Avropa ölkəsində keçirilməyəcək. Bu, açıq yarış xarakteri daşıyan proses olacaq: biz çempionatın meyarlarını, keçirilməsi formatını müəyyən edəcəyik və ən yaxşı şərtləri təklif edən ölkəni seçəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: