“Twıtter” 10 mindən çox akkauntu silib

98

“Twıtter” şirkəti ABŞ-da aralıq seçkiləri boykot etməyə təşviq edən məlumatlar göndərən 10 mindən çox avtomatlaşdırılmış akkauntu silib. Belə akkauntlar aşkar ediləndən sonra demokratlar şirkətə şikayət göndəriblər.

NUHÇIXAN xəbər verir ki, noyabrın 6-da keçiriləcək aralıq seçkilərdə ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası, habelə 100 senatordan 35-i tamamilə yenidən seçiləcək. Bundan əlavə, ştat və ərazilərin 35 qubernatoru da yenidən seçiləcək.

“Twıtter”in 2016-cı ildə ABŞ prezidenti seçkilərində dezinformasiya yayan milyonlarla akkauntu sildiyini nəzərə alsaq, bu dəfə silinmiş akkauntların sayı cüzidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: