Karate üzrə Azərbaycan milli komandası Madridə yola düşür

132

Madriddə keçiriləcək 24-cü dünya çempionatında iştirak etmək üçün karate üzrə Azərbaycan millisi bu gün İspaniyaya yola düşür.

Azərbaycan Milli Karate Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 20 idmançı yer alıb.

İki ildən bir keçirilən dünya çempionatında 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaqlar.

Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandamızı müşayiət edəcəklər.

Noyabrın 5-dən 11-dək keçiriləcək mundialın fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar. Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaqlar. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

Karate üzrə 24-cü dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio Olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Milli komandamız noyabrın 13-də Bakıya dönəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: