Praqada “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub

190

Azərbaycanın Çexiyadakı səfirliyinin, ölkəmizin Karlovı Varı şəhərindəki fəxri konsulluğunun və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Praqadakı “President” otelində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, konsertdə Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Qarabağ məktəbinin Azərbaycanın mədəniyyətindəki, musiqisindəki rolundan danışıb.

Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı İsfəndiyar Cavanşirovun (Xan Şuşinski) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünya ölkələrində təbliği istiqamətində həyata keçirilən layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici dövlətlərdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.

Sonra “Muğam televiziya müsabiqəsi”nin laureatı, beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun ifasında Azərbaycanın muğam, təsnif və xalq musiqiləri ifa olunub. Konsert proqramı dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: