Ordubadda yeniyetmə və gənclər arasında ekstremal yürüş keçirilib

156

NUHÇIXAN xəbər verir ki, Ordubadda  “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında Ekstremal yürüş üzrə rayon birinciliyi keçirilib.

Yürüşdə 100 nəfər iştirak edib  və  idmançılar Kotam kənd yolundan İnternat tam orta məktəbinədək 3 km məsafəni qət ediblər. Gərgin  keçən yarışın yekun nəticələrinə görə, oğlanlar arasında Texniki Peşə və Sürücülük məktəbinin şagirdi Ayhan Tağızadə I, şəhər internat tam orta məktəbinin şagirdi Əli Əliyev II, şəhər internat tam orta məktəbinin şagirdi Vüqar İmanov III olublar.

Yürüşə qatılan qızlar arasında isə Ordubad şəhər 3№-li tam orta məktəbin şagirdi Duyğu Əsədova I, şəhər 3 saylı tam orta məktəbin şagirdi Könül Kərimli II, şəhər 3 saylı tam orta məktəbin şagirdi Gülçin Qasımova isə III yerin qalibi olublar. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Yarışı Ordubad rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin, Hava və Ekstremal İdman növləri Federasiyasının Ordubad rayon bölməsi və Təhsil Şöbəsi birgə təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: