Xalça muzeyində Naxçıvan xalçalarından danışılıb

64

Naxçıvan Dövlət Xalça Muzeyində 5 May Xalçaçı Günü münasibətilə tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə xalçaçılıq sənətinin  milli dəyərlərimiz sırasında özünəməxsus yeri və bu irsin davam etməsi qeyd edilib. Muzeyin direktoru Zəminə Gülməmmədova iştirakçılara Azərbaycan xalçaçılığını tarixi, Naxçıvan Muxtar Respublikasında bu sənətin inkişafı barədə geniş məlumat verib. O da qeyd edilib ki, XIV əsrdə yaşamış Həmdullah Qəzvini Naxçıvan sənətkarlarının çox keyfiyyətli xalça toxumaları haqqında yazıb. AMEA Naxçıvan Bölməsinin əməkdaşı   Asəf Orucov ermənilərin Azərbaycan xalçalarını özününküləşdirmək cəhdlərindən danışıb. Natiq deyib ki, ermənilər nəinki xalçalarımıza, Azərbaycana və türklərə aid olan bütün maddi mədəniyyət nümunələrinə sahib çıxmağa çalışırlar.

Naxçıvanda qədim ənənələrə malik xalçaçılıq sənəti dövlətimizin diqqət və qayğısı sahəsində bu gün də yaşadılır və geniş şəkildə təbliğ edilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu qədim sənət növünün yüksək səviyyədə inkişafına xidmət edir .

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.  Bununla, Naxçıvanda xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, qədim el sənətinin hər bir incəliyinin araşdırılması, təbliği üçün geniş imkanlar açılıb.

Tədbirdə  dövlətimizin   başçısının sərəncamı ilə  3 nəfər Naxçıvan xalçaçısının “Tərəqqi” medalına layiq görülməsi də Naxçıvan xalçaçılıq məktəbinə verilən yüksək qiymətdir.

Sonda Xalçaçı Gününə həsr olunmuş sərgiyə baxış olub. 

Cavid Səfərli

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: