Naxçıvanlı şahmatçılar Qırğızıstan komandasını məğlub edib

97

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən yarış təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, yarışda Naxçıvan komandası ilə Qırğızıstanın Talas şəhərinin komandası mübarizə aparıb.

azerichess.az saytı vasitəsilə yayımlanan oyunda komandaların hər birinin heyətində 7 zəka sahibi yarışıb. Yeddi oyundan ibarət olan görüşün nəticəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 4,5:2,5 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, Naxçıvan komandasının heyətində Sadiq Qarayev, Zahid Allahverdiyev, Oğuz Cabbarlı, Ramal Həsənov, Nəzrin Cəfərli, Almara İbrahimbəyli və Şahnaz Əlizadə təmsil olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: