Azərbaycan dəmir yoluna məxsus yük vaqonlarının Türkiyə dəmir yolunda istismarı imkanları sınaqdan keçirilib

135

Azərbaycan dəmir yoluna məxsus yük vaqonlarının Türkiyə dəmir yolunda istismarı imkanları sınaqdan keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, QSC-nin vaqon xidmətinin rəisi Bəşir Əsədov və texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə tarixi bir hadisəyə imza atıblar.

Belə ki, Azərbaycan dəmir yoluna məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla, Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib.

Aparılan testin nəticələrinə görə, Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malikdir.

Qeyd edək ki, Azərbaycan dəmir yoluna məxsus yük vaqonları 1520 millimetr izli yollarda hərəkət edir və Türkiyədə mövcud olan 1435 millimetr izli yollara daxil olmaq üçün Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: