Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verib

129

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.

NUHÇIXAN-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: