İndoneziyanın Yava adası sahillərində “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 7 heyət üzvü həlak olub.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın fövqəladə vəziyyətlərin aradan qaldırılması agentliyinin məlumatına görə, dənizə düşən təyyarədə sağ qalan yoxdur.
Xatırladaq ki, göyərtəsində heyət üzvləri ilə birgə 188 nəfərin olduğu təyyarə paytaxt Cakartadan Pankalpinanq şəhəri istiqamətində uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Təyyarə Yava adasının qərb sahillərində dənizə düşüb.
Hazırda xilasedicilər dənizin 35 metr dərinliyində axtarış aparırlar. Hələlik yalnız bir nəfərin cəsədi tapılıb.