Polis əməkdaşları arasında voleybol yarışı keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib.
Birincilikdə şəhər və rayon polis şöbələrindən 13 komanda tərkibində 130 asayiş keşikçisi olimpiya sistemi üzrə mübarizə aparıb.
İki gün davam edən birinciliyin final görüşündə bütün komandaları mübarizədən kənarlaşdıran Şərur və Şahbuz rayon polis şöbəsinin komandaları üz-üzə gəlib. Hər iki setdə üstün olan şərurlular yarışın qalibi adına yiyələniblər. 3-cü yerə isə Sədərək rayon polis şöbəsini məğlub edən Naxçıvan Hava Nəqliyatında polis şöbəsinin komandası layiq görülüb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri Fazil Ələkbərov qalib gələn komandalara diplom və hədiyyələr təqdim edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Yarışın keçirilməsində məqsəd Daxili İşlər Nazirliyinin voleybol üzrə komandasının tərkibini müəyyən etməkdir.
Elvin Quliyev