AMEA-nın Naxçıvan Bölməsində növbəti interaktiv dərs keçirilib

154

NUHÇIXAN xəbər verir ki, növbəti interaktiv dərsdə böyük mütəfəkkir-şair  Hüseyn Cavidin həyat və yaradıcılığına nəzər salınıb.

Dərsi İncəsənət, Dil və Ədəbiyyət İnstitunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov aparıb. O, Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı  haqqında şagirdlərə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, “Peyğəmbər”, “Topal Teymur” “Səyavuş” “Xəyyam” kimi dramları Hüseyn Cavid yaradıcılığının milli ruha və tarixi kökə bağlılığının daha bir təsdiqidir.

Vurğulanıb ki, dahi şair lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın 220 ümumtəhsil müəssisəsində izlənilib.

                                                                Cavid Səfərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: