Dismarfobiyanın müalicəsinə vaxtında başlanılanda daha yaxşı nəticə əldə etmək olur

118

Çoxlu fobiya növləri var və onlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ən çox yayılan fobiya növlərindən biri də dismorfobiyadır. Dismorfobiya insanın bədən quruluşundakı çatışmazlıqlardan kompleks yaratması və bu problemlərin normal həyata təsir etməsidir.

Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, “güzgü xəstəliyi” kimi tanınan bu fobiyanın əslində düşünüldüyü qədər nəzərə çarpmayan qüsurların həddən artıq şişirdilməsidir. Həmin şəxs bu kiçik qüsuruna xüsusi fikir verir və onunla daim məşğul olur: “Dismorfobiyanın yeniyetməlik dövründə meydana çıxması bəzən insanların düşüncəsində sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanır və bu da onların psixikalarında çatışmazlıqların əmələ gəlməsinə səbəb olur. Dismarfobiyanın üstünə nə qədər tez düşülsə, o qədər yaxşı nəticə əldə etmək mümkündür. İnsanın hobbi və maraq dairələrini inkişaf etdirməklə onu özünə aludəçilikdən xilas etmək olar”.

Psixoloqun verdiyi məlumata görə, dismarfobiyanın müxtəlif əlamətləri var. Bunlara güzgü qarşısında çox dayanmaq, uydurma fikirlər, cəmiyyətdən uzaqlaşma, fərdilik, diqqətin yalnız öz çatışmazlıqlarına yönəlməsi və s. aiddir. Ona görə də mütəxəssislər haqlı olaraq dismarfobiyadan əziyyət çəkənlərin psixoloqlara müalicə etməsini daha münasib hesab edirlər. Kompleks müalicə isə daha yaxşı səmərə verir. Bu zaman bədəndə qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: