Ermənistanda əsgər ölümlərinin sayı artıb

130

İşğalçı ölkədə əsgərlər arasında özünəqəsd və suiqəsd  hallarının sayı artıb. Bu isə cəmiyyətdə ciddi narazılıq yaradıb.

NUHÇIXAN Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi xidmət zamanı öldürülən erməni əsgərin ailəsi mətbuat konfransı keçirərək Paşinyana səslənib. “Siz xalqı aldadırsız, övladlarımız orduda dözülməz şəraitdədir. Onlar sizin qurbanlarınızdır”.

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində intihar etdiyi deyilən  əsgər  Qevork Haroyanın dayısı Armen Beklaryan KİV-lərə müraciət edib. Onun sözlərinə görə, bu günlərdə bacısı oğlunun xidmət etdiyi hərbi hissəyə gedib və orada hökm sürən özbaşınalığın şahidi olub.

Beqlaryanın sözlərinə görə öldürülən əsgərin ailə üzvləri çıxılmaz vəziyyətdədirlər. Onlar, kimə şikayət edəcəklərini bilmirlər. Hansı qapını döyürlərsə rədd cavabı alırlar.

Beqlaryanın iddiasına görə əsgər zabit tərəfindən öldürülüb. İstintaq komitəsi onun kim olduğunu çox yaxşı bilir, lakin tədbir görmür.

Qevorkun atası həkimdir. Ona görə də ailə iddia edir ki, ölən əsgərin heç bir psixoloji problemi olmayıb. Belə bir şəxsin isə özünə qəsd etməsi mümkün deyil. Ölən əsgərin dayısı, Ermənistan ordusunda ayrı-seçkiliyə son qoyulmasını tələb etməklə yanaşı, Paşinyana müraciət edərək xalqı aldatmamağı məsləhət görüb.

Şikayətinə baxılmadığını görən Armen Beqleryan Avropa məhkəməsinə müraciət edəcəklərini də açıqlayıb.  Onun sözlərinə görə, Qevork Haroyan ölümündən qabaq anasına deyib ki, bu hərbi hissə cəhənnəmdir. Bunlar hamısı faktdır.

Ermənistan ordusunda vəziyyət elə bir həddə çatıb ki, hərbi hissə komandiri də fərarilik edir. Məlumata görə, hərbi qulluqçu Hamlet Poğosyana qarşı ittiham irəli sürülüb. O, məzuniyyətə çıxsa da, geri qayıtmayıb. Nəticədə ilkin araşdırma orqanı ona qarşı həbs qəti imkan tədbiri seçib və cinayət məcəlləsinin müvafiq – fərarilik maddəsi ilə cinayət işi açıb. Poğosyan bu addımı ağır şərtlər altında xidmət keçmək istəmədiyi üçün atdığını açıqlayıb.  Onu 5 ilə qədər həbs gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: