Naxçıvan Bölməsinin əməkdaşı Beynəlxalq Simpoziumda iştirak edib

188

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan (Yurdoğlu) Məmmədov Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən “V Beynəlxalq Uşaq və Gənclik Simpoziumu”nda iştirak edib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a  verilən xəbərə görə, Azərbaycan, Almaniya, Rusiya, İran, Pakistan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Tatarıstan və Ukraynadan 70-dən çox elm adamınıniştirak etdiyisimpoziumda uşaq və gənclik ədəbiyyatı sahəsində əsərlər ortaya qoyan, yazıçı, şair, rəssam, redaktor, naşir və elm adamlarının həyatları, əsərləri, sənət və ədəbiyyat məfhumlarını üzə çıxaran məruzələr dinlənilib.

2014-cü ildən bəri mütəmadi olaraq həyata keçirilən və hər il bir sahəyə həsr olunan tədbirin builki əsas mövzusu “Yaşayan Uşaq Ədəbiyyatçıları” olaraq müəyyən edilib. Tədbirdə Elxan Məmmədov “Naxçıvanda yaşayan və uşaqlar üçün şeirlər yazan şair: İbrahim Yusifoğlu” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, simpoziumun keçirildiyi ərəfədə IV Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Təşkilat Komitəsinin yığıncağı da baş tutub və Təşkilat Komitəsi nümayəndələrinin birgə rəyi əsasında Elxan Məmmədov həmin Komitəyə üzv qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: