Kamera Orkestri Şərurda konsert verib

254

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub.

Orkestr əvvəlcə Müslüm Maqomayevin “Şah İsmayıl” operasından “Müqəddimə” ifa edib.

Sonra Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev və müğənnilər İlkin Abdullayev, Rahim Əsgərzadə, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Onların ifasında səslənən “Azərbaycan”, “Baharın nəğməsi”, “Getmə”, “Nazəndə sevgilim”, “Bayram mahnısı”, “Azərbaycan”, “Naz-naz”, “Naxçıvanım” və başqa mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Kollektivin ifasında Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarından Motsartın, Vivaldinin və başqalarının əsərləri də səslənib.

Konsert solistlərin ifasında Eldar Mansurovun “İlhamla sabaha” mahnısı ilə başa çatıb.

                                                                              Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: