UEFA Çempionlar Liqası: həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

130

Oktyabrın 25-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və ən yaxşı qolunun müəllifi adına namizədlərin siyahısı açıqlanıb.

NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin üçüncü turundakı qarşılaşmalarda göstərdikləri oyuna görə həftənin ən yaxşı futbolçusu adına bosniya və herseqovinalı Edin Ceko (“Roma”, İtaliya), misirli Məhəmməd Salah (“Liverpul”, İngiltərə), ispaniyalı David Silva (“Mançester Siti”, İngiltərə) və mərakeşli Aşraf Hakimi (“Borussiya” Dortmund, Almaniya) iddialıdırlar.

Həftənin ən yaxşı qolu nominasiyasının qalibi isə PSG klubunun argentinalı hücumçusu Anxel Di Mariya, “Real Madrid”in braziliyalı müdafiəçisi Marselo, “Mançester Siti”nin portuqaliyalı hücumçusu Bernardo Silva və “Napoli” klubunun hücumçusu Lorenso İnsinyanın vurduqları qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində oktyabrın 27-də müəyyənləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: