FİFA İspaniya çempionatında “Barselona”nın iştirakı ilə matçın ABŞ-da keçirilməsini qadağan edəcək

158

Beynəlxalq Futbol Federasiyası (FİFA) İspaniya çempionatının 21-ci turunda “Barselona” ilə “Jirona” arasında matçın ABŞ-da keçirilməsini qadağan etmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, La Liqa bu ilin yayında futbolçuların həmkarlar ittifaqları və klublarla məsləhətləşmədən İspaniya çempionatının bəzi matçlarının ABŞ-da və Kanadada keçirilməsi barədə 15 illik kontrakt imzalayıb.

Liqanın üzvü olan bütün 20 komandanın kapitanları avqust ayında növbədənkənar yığıncaqda bu qərardan narazı olduqlarını bildirib və Liqa rəhbərliyini tətil keçirməklə hədələyiblər. Sentyabrın əvvəlində “Barselona”, “Jirona” və İspaniya La Liqası gələn il yanvarın 26-da milli birinciliyin 21-ci turundakı matçın Mayamidəki “Hard Rock” stadionunda keçirilməsi üçün sorğu veriblər.

İspaniya Kral Futbol Federasiyası (RFEF) bundan əvvəl həmin oyunun ABŞ-da keçirilməsinin əleyhinə olduğunu bildirib. NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, çox güman, FİFA da RFEF-i dəstəkləyəcək və çempionatın həmin görüşünün Mayamidə keçirilməsini qadağan edəcək.

İspaniya çempionatında 9 turdan sonra 18 xal toplamış “Barselona” turnir cədvəlində liderdir, aktivində 13 xal olan “Jirona” isə 13-cü yeri tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: