Qara dənizdə ən qədim gəmi tapılıb

286

Britaniya alimləri Qara dənizin dibində 2400 il yaşı olan ən qədim zədələnməmiş gəmi aşkar ediblər.

NUHÇIXAN xəbər verir ki, uzunluğu 23 metr olan qədim yunan ticarət gəmisi Bolqarıstan sahilindən təqribən 80 kilometr aralıda sualtı cihaz vasitəsilə tapılıb. Gəminin gövdəsi, sükanı, avarçəkənlərin yerləri, ümumiyyətlə, gəminin özü çox yaxşı vəziyyətdə qalıb. Alimlərin fikrincə, buna səbəb Qara dənizdə 200 metr dərinlikdən sonra demək olar ki, oksigenin olmamasıdır.

Qeyd edək ki, Qara dənizdə alimlər tərəfindən son üç ildə 67 qədim gəmi aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: