“Naxçıvan-2018” beşinci tur qarşılaşmaları

63

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının beşinci turunda “A” qrupunda mübarizə aparan və hazırda turnir cədvəlinə liderlik edən qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni ukraynalı qrossmeyster Vitaliy Bernardskiylə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, digər görüşlərdə azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli Hollandiya təmsilçisi Serqey Tviyakovla, qrossmeyster Qədir Hüseynov iranlı beynəlxalq usta Əlirza Firuzca ilə, qrossmeyster Nicat Məmmədov İspaniya təmsilçisi qrossmeyster Oleq Korneyevlə, israilli qrossmeyster İlya Smirin almaniyalı qrossmeyster İqor Xenkinlə, qrossmeyster Fərid Abbbasov isə ukraynalı qrossmeyster Anton Korobovla üz-üzə gələcək.

“B” qrupunun liderlərindən Samir Davidov Şahin Hüseynovla, Təbriz İdrisov iranlı həmkarı Cəfər Xamisi ilə, Rasim Əliyev Elvin Bayramovla, Fariz Əhmədov isə Eldar Musayevlə qarşılaşacaq.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə Firəngiz Tarverdiyeva-Niyazi Qafarov, Əli Zuqanov-Ömər Qədirli, Zahir Alllahverdiyev-Xumar Məhərrəmova, Leyla Quliyeva-Əhmədağa Həşimov arasında oyunlar keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: