Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

122

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, futbolçularımız Albaniyanın Lishnija şəhərindəki Roza Haxhiu stadionunda Norveç yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşü idarə edəcək hakimlər müəyyənləşib. Matçı Bosniya və Herseqovinadan olan baş hakim Admir Şehoviç idarə edəcək. Ona Sreten Udoviçiç (Bosniya və Herseqovina) və Elis Pulaj (Albaniya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını albaniyalı Florian Lata yerinə yetirəcək.

Avropa çempionatının ilkin seçmə mərhələsində U-17 millimiz Norveç seçməsi ilə yanaşı, Albaniya və İsrail yığmaları ilə qarşılaşacaq. Futbolçularımız oktyabrın 23-də Norveç, 3 gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya komandası ilə üz-üzə gələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: