Gələn il Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

126

Gələn il Bakıda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, artıq bununla bağlı ilkin qərar qəbul edilib: “Lakin cari ilin dekabrında Monitorinq Komitəsinin növbəti iclasında bu barədə formal qərar qəbul olunacaq və tarix müəyyənləşəcək. İclasın gələn ilin birinci yarısında keçirilməsi nəzərdə tutulur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: