Portuqaliyanın Odivelaş şəhərində “TeamGym” üzrə 12-ci Avropa çempionatı start götürüb.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib.
İlk dəfə qatıldığımız çempionatda ölkəmiz gənclər yaş kateqoriyasında mübarizə aparıb. On gimnastdan ibarət qarışıq komandamız turniri 10-cu yerdə başa vurub.
Qeyd edək ki, iştirakçı ölkələr gənclər və böyüklər yaş kateqoriyasında yer alaraq, kişi, qadın və qarışıq komandalar şəklində güclərini sınayıblar. Bütün komandalar xalça, tumble, həmçinin trampet alətində öz çıxışlarını icra edib və üç çıxışın ümumi xal hesabı ilə yalnız ilk 6-lıqda yer alan ölkələr finala vəsiqə qazanıblar.