Naxçıvanda karate-do yarışına start verilib

84

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublikası açıq çempionatına start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdikləri açıq çempionatda 6 yaş qrupu üzrə 300-dən çox idmançı 47 çəki dərəcəsində mübarizə aparır. Yarışda muxtar respublikanın şəhər və rayonlarının idmançıları ilə yanaşı, Bakı şəhərinin müxtəlif idman klublarını təmsil edən karateçilər də iştirak edirlər.

Ümumilikdə 13 komandanın iştirakı ilə reallaşan birinciliyin final görüşləri sabah keçiriləcək.

                                                                 Elvir Qasımzadə

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: