“Qarabağ”–“Vorskla” oyununa 12 min bilet satılıb

193

Avropa Liqasının III turu çərçivəsində keçiriləcək “Qarabağ”-“Vorskla” (Ukrayna) matçına satılan biletlərin sayı açıqlanıb.

NUHÇIXAN Ağdam klubunun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, artıq 12 min bilet satılıb.

Görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə “Qarabağ” futbol klubunun fan-mağazalarından, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.

Qeyd edək ki, “Qarabağ”-”Vorskla” oyunu oktyabrın 25-də Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: