Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir

131

Ermənistanın milli qəhrəmanı Qaregin Njde dövləti cinayətkardır. Q.Njde hitlerçilərlə təkcə SSRİ-yə qarşı deyil, hazırda hitlerçilərin abidələrinin qoyulmasına icazə vermiş bir sıra Avropa ölkələri əleyhinə də əməkdaşlıq edib. Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qeyri-legitimdir və beynəlxalq hüquq prinsiplərini pozur. Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlərdən məlum olur ki, Bolqarıstan təbəəsi olan Q.Njde 1940-cı ildən Üçüncü Reyxin hərbi kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Əminliklə deyə bilərik ki, o, 1944-cü ildən Bolqarıstanda və ona bitişik ərazilərdə – Makedoniyada, Frakiyanın Türkiyə və Yunanıstan ərazilərində siyasi vəziyyət barədə informasiyanın yeganə mənbəyi olub. Yəni Bolqarıstan vətəndaşı ola-ola, bu ölkəyə qarşı casusluq edib. Casusluq ən iyrənc dövləti cinayətdir və hərbi dövrün qanunları ilə sərt şəkildə cəzalandırılır. Q.Njde Sovet İttifaqında həbs olunub və 25 il təkadamlıq kamerada həbs cəzasına məhkum edilib. Bu onu göstərir ki, Q.Njde faşizm ideyası tərəfdarı kimi təqib olunub. Q.Njde bütün bəşəriyyətin düşmənidir.

NUHÇIXAN xəbər verir ki, bunu rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan: İcazə verilmiş nasizm ölkəsi” mövzusuna həsr olunmuş mətbuat konfransında bəyan edib.

O.Kuznetsov deyib: “Ermənistanın milli qəhrəmanı Qaregin Njde dövləti cinayətkardır. Gəldiyimiz əsas qənaət budur ki, erməni millətçiləri hitlerçilərlə təkcə Sovet İttifaqına qarşı deyil, Avropanın digər ölkələrinə qarşı da əməkdaşlıq ediblər. Bolqarıstanın qəhrəmanı kimi təqdim edilən Q.Njdenin abidəsi qeyri-legitimdir, qeyri-qanunidir və müasir beynəlxalq hüququn bütün prinsiplərini pozur”.

Rusiyalı politoloq, jurnalist Yevgeni Mixaylov qeyd edib ki, faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi problemi bu gün təkcə Ermənistanda aktual deyildir, MDB-nin digər ölkələrində, o cümlədən Rusiyada da belə cəhdlər baş verir.

Politoloq deyib: “Zənnimcə, Ermənistan Q.Njdeyə abidə qoymaqla, nasistləri qəhrəman kimi qələmə verməklə, terrorçuları Dağlıq Qarabağda toplamaqla dünyaya göstərir ki, diplomatiya ilə məşğul olmaqdansa, başqalarının torpaqlarını silah gücünə zəbt etmək lazımdır. Odur ki, öz iddialarını Ermənistana açıq bildirmək lazımdır. Yerevanda hakimiyyətə gələn siyasətçilər açıq-aydın nasizmin təbliğini dəstəkləyirlər. Ermənistanın rəhbərləri həmişə öz xalqına xəyanət ediblər. Erməni xalqı bunu başa düşməlidir. Ermənilər çəkic götürüb bu abidəni sındırmalı və belə addımlara görə dünya birliyi qarşısında üzr istəməlidirlər”.

Onun sözlərinə görə, milli üstünlük oyunları oynamaq yolverilməzdir.

Y.Mixaylov vurğulayıb: “Nasist Almaniyası tam iflasa uğrayaraq ömrünü başa vurdu. Əgər vəziyyət dəyişməsə, Ermənistan da öz yolunu bu şəkildə bitirə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: