Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

274

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

Çıxış edənlər bildirib ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu muxtar respublikanın timsalında da görmək olar.

Qeyd edilib ki, bu gün Azərbaycanda milli gənclər siyasətinin inkişafı, onların maraqlarının təmin olunması, idarəçilik sistemində önə çəkilməsi, hüquqlarının qorunması müstəqilliyimizin bəxş etdiyi töhfələrdəndir.

Konfransda tələbələr dövlət müstəqilliyinə həsr olunan şeirləri bədii qiraət ediblər. Sonda videomateriala baxış olub.

Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: