Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

147

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici borc təhlükə həddini ötüb. NUHÇIXAN-ın məlumatına görə, bu barədə işğalçı ölkədə iqtisadçılar həyəcan təbili çalırlar. Ekspertlər hesab edirlər ki, belə davam edəcəyi təqdirdə Nikol Paşinyanın küçə reytinqindən əsər-əlamət qalmayacaq

“Biz təcili ilin sonuna kimi ən azı 150 milyon dollar borc almalıyıq”. Bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat verib. Atom Cancuqazyanın sözlərinə görə yalnız bu pulların hesabına hökumət dövlət sektorunda maaşları, pensiyaları ödəyə bilər. Hazırda  bununla bağlı beynəlxalq və Asiya bankları ilə ciddi danışıqlar gedir. Göründüyü kimi, Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici borc təhlükə həddini ötüb. Bu barədə işğalçı ölkədə iqtisadçılar həyəcan təbili çalırlar. Bildirilir ki,  dövlət borcu ÜDM-nin 50 faizini təşkil edir. Yəni təxminən 7 milyard dollardır. Əgər 2008-ci ildə dövlət borcları 1,9 milyard  dollar idisə, indi bu rəqəm 4 dəfə artıb. Bu səbəbdən də Ermənistanda gələn ilin büdcəsi ilə bağlı layihənin böyük ehtimalla qəbul edilməyəcəyi proqnozlaşdırılır. Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın sözlərinə görə o, 2019-cu ilin büdcə layihəsi ilə tanış olub. Sitat: “Əmin oldum ki, orada korrupsiyanın miqyası daha böyükdür. Mənim sözlərimi düz anlayın cənab Paşinyan, bir neçə aydan sonra küçə reytinqinizdən əsər-əlamət qalmayacaq”. Ermənistanın sabiq prezidenti Robert Koçaryan da hesab edir ki, Nikol Paşinyanı  strateji planda böyük problemlər gözləyir. Eks prezidentin fikrincə, növbədənkənar seçkilərdən sonra bir istiqamətli parlament olacaq. Bununla da ölkədə  siyasi monopoliya yaradılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: