Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

160

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  Şahbuz rayon Qızıl Qışlaq Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Qeyd edilib ki, nikaha daxil olan tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir. Aparılan təhlillərə görə, Şahbuz rayonu üzrə uşaqların sayı 8998-dir. Bu uşaqlardan 129-u sağlamlıq imkanları məhduddur.  Bu da ümumi uşaqların 1,43 faizini təşkil edir.

Muxtar respublika üzrə isə sağlamlıq imkanları məhdud uşaqların ümumi  sayı 1937-dir. Beləliklə, muxtar respublika üzrə sağlamlıq imkanları məhdud uşaqların 6,65 faizi  Şahbuz rayonunun payına düşür. Şahbuz rayonunda olan  sağlamlıq imkanları məhdud 129 uşaqdan 109-nun problemi  anadangəlmə, 20-nin isə sonradan qazanılmadır. Rayonun Qızıl Qışlaq kəndinə gəldikdə, burada 3 nəfər  sağlamlıq imkanları məhdud uşaq var. Onların 3-ü də anadangəlmə qüsurludur.  Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Qadınların sağlamlıqlarının qorunması yolları, xəstəliklərin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: