Naxçıvan daimi nümayəndəliyində görüş

175

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin səlahiyyətlərini icra edən, müvəqqəti işlər vəkili Pedro Arxenis Sanchez Floreslə görüşüb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində keçirilən görüşdə Azərbaycanda yeni fəaliyyətə başlayan  Venesuela Səfirliyinin iki ölkə arasındakı münasibətlərinin inkişafına töhfə verəcəyi vurğulanıb. Gələcəkdə muxtar respublika ilə qurulacaq əlaqələrin detalları, siyasi-iqtisadi münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının rolu, mövqeyi müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: