Əhaliyə nümunəvi bank xidməti göstərilir

174

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında bank sisteminin müasir tələblər səviyyəsində qurulması, yaradılan şərait əhaliyə nümunəvi xidmət göstərməyə imkan verir.

Banklar və kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 1 oktyabr 2018-ci il tarixə 106 milyon 297 min manat olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 982 min manat artıb. Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranması baxımından əhəmiyyətlidir. 

Bank və kredit təşkilatları tərəfindən bu ilin 9 ayında 39 milyon 431 min manat kredit verilib ki, bunun da 4 milyon 229 min manatı qısamüddətli, 35 milyon 202 min manatı isə uzunmüddətli kreditdir. Verilmiş kreditlərin 4 milyon 530 min manatı kənd təsərrüfatı, 5 milyon 172 min manatı sənaye, 670 min manatı tikinti, 1 milyon 830 min manatı kommersiya, 521 min manatı nəqliyyat, rabitə və informasiya, 15 min manatı balıqyetişdirmə sahəsinə, 2 milyon 970 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 23 milyon 723 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Bundan başqa, kredit təşkilatları tərəfindən 128 fiziki və hüquqi şəxsə 3 milyon 115 min 600 manat dəyərində kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.

Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilib.  2 min 299 hüquqi, 76 min 633 fiziki şəxs olmaqla, 78 min 932 müştəriyə xidmət göstərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: