Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

171

Bu gün muxtar respublikada  kənd təsərrüfatı yönümlü  sahələrin inkişafı üçün mütəmadi olaraq güzəştli şərtlərlə  kreditlərin verilməsi tədbirləri davam edir. NUHÇIXAN-ın məlumatına görə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2018-ci ilin 9 ayı ərzində 30 layihə maliyyələşdirilib. Bunların 27-si kənd təsərrüfatı yönümlüdür. 

Kənd təsərrüfatı sahəsinə ayrılan güzəştli kreditlər yeni ailə təsərrüfatlarının yaranması və inkişafına da öz müsbət təsirini göstərir. Babək rayonunun Qahab kənd sakini Xaliq Bağırov da öz heyvandarlıq təsərrüfatını inikişaf etdirmək üçün dövlətin güzəştli kreditlərindən bir neçə dəfə istifadə edib. O, bu il də Sahibkarlığın İnkişafı Fonduna müraciət edərək 25 min 100 manat dəyərində olan  güzəştli kreditdən yararlanaraq heyvanların baş sayını 400-ə çatdırıb.

İqtisadi cəhətdən yüksək gəlir gətirən arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə muxtar respublikada mühüm tədbirlər görülür. Bu sahənin inkişafında təbii ki, güzəştli şərtlərlə verilən kreditlər  mühüm rol oynayır. Babək rayonunun Aşağı Buzqov kənd sakini Məhərrəm Eyvazov da arı ailələrinin sayını artırmaq üçün güzəştli kreditdən yararlanıb. Arıçı verilən kredit hesabına arı ailələrinin sayını 100-ə  çatdırıb.        

                                               

                                                       Novruz Məmmədov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: