XİN: Dövlət Dumasının üzvünün Dağlıq Qarabağa qanunsuz səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır

138

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur.

NUHÇIXAN xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin KİV-in sorğusuna cavabında yer alıb.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır. ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hazırda da Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: