Topoqrafiya hərbi hissəsinin döyüş hazırlığı yoxlanılıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, naviqasiya və kartoqrafiya təyinatlı “N” hərbi hissəsinin döyüş hazırlığının yoxlanılması məqsədilə təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların döyüşə hazırolma səviyyəsini yüksəltmək, qərar qəbuletmə təcrübəsini təkmilləşdirmək, həmçinin şəxsi heyətin topogeodeziya xarakterli tapşırıqları operativ icra etmə bacarığını yüksəltməkdən ibarətdir.