YAP Naxçıvan Şəhər Təşkilatında elmi-praktik konfrans keçirilib

287

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş  tədbir keçirilib.

YAP Naxçıvan şəhər Təşkilatında  “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən elmi-paraktik konfransda ölkəmizin ötən 27 ildə keçdiyi inkişaf yoluna nəzər salınıb.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan doğma Naxçıvana qayıdışı dövlətçiliyimizin xilasının başlandığı gün və mühüm tarixi hadisədir. Bu qayıdış Azərbaycanın çətin və böhranlı günlərində xalqla bir yerdə olmaq inamının ifadəsinə və obyektiv tarixi zərurətin təntənəsinə çevrildi. Bildirilib ki, bu il dövlət müstəqilliyinin 27 ili tamam olur.

Konfransda “Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir”, “Azərbaycançılıq məfkurəsi dövlət müstəqilliyimizin əbədiliyinin elmi nəzəri əsası kimi” mövzularında çıxışlar dinlənilib.

                                                                               

                                                              Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: