Ali təhsil ocağında növbəti beynəlxalq elmi konfrans keçirilib

211

Naxçıvan Dövlət Universitetində “Elekroenergetika mühəndisliyinin texniki və fiziki poblemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN– a verilən məlumata görə, konfransda AMEA Fizika İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlar və Türkiyənin Van, Iğdır, Çankırı Karatekin Universitetinin, İranın universitetlərindən nümayəndələr iştirak edib.

Qonaqlar İran, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Norveç, Rumıniya, İspaniya kimi ölkələrdə keçirilən konfransın bu gün muxtar respublikada baş tutmasından məmnunluq duyduğunu bildiriblər. Enerji sahəsində qardaş ölkəylə əlaqələrin perspektivlərindən danışaraq vurğulayıblar ki, Türkiyə enerji sistemi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir.

Konfrans iştirakçıları elektrikin yaranmasından, yüksək sürətli elektrik xətlərinin fəaliyyət mexanizmindən və mövzu ilə bağlı digər məsələlərdən danışıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: