Jurnalistin yeni kitabı çapdan çıxıb

196

Muxtar respublikanın tanınmış jurnalisti, Muxtar Məmmədoğlunun “Mənim Naxçıvan dünyam ” adlı  yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin uzun illər çalışdığı “Şərq qapısı” qəzetində yazdığı məqalələr, aldığı müsahibələr, esselər və digər yazılar yer alıb. Elə müəllifin özü də kitabın mündəricatını “Müsahibələr”, “Bir-birinə bənzəməyən həyat yolları”, “Sərbəst”, “Esselər”, “Stolüstü kitablarım”, “Qarış-qarış gəzdiyim yurd yerləri” kimi bölmələrə ayırıb.

Kitabın redaktoru və ön sözünün müəllifi əməkdar jurnalist Hüseyn Əsgərovdur.

Kitabda daha çox publisistika janrında işlənən yazılar diqqəti çəkir. Yazılarda Muxtar müəllimin bir insan, vətəndaş və ziyalı kimi yanaşdığı mövzularda Naxçıvanın yurd yerləri, qurub –yaradan insanları, tarixi, sadə adamları, ziyalıları, bir sözlə bütün coğrafiyası və sosial mühiti oxuculara peşəkar jurnalist qələmi ilə, ustalıqla təqdim edilir.

Muxtar Məmmədoğlu kitabın əvvəlində müəllifin sözü  kimi qeyd etdiyi etirafında kitabın 60 yaşına bir hesabat olduğunu oxucunun  diqqətinə çatdırır. Dostların təkidi ilə yazılan “Mənim Naxçıvan dünyam” da keçdiyi ömür yoluna qısa nəzər salaraq özü haqda avtobioqrafik məlumat verir. Sadə məktəb müəllimindən ta ki “Şərq qapısı” qəzetinin şöbə müdiri, məsul katibi vəzifəsinə qədər keçdiyi yol, bu yolda çəkdiyi zəhmət, dövlətimizin bu zəhmətə verdiyi qiymət Muxtar Məmmədoğlunun həyatının ən yaddaqalan anlarıdır.

Jurnalist kimi səmərəli fəaliyyətinə görə ona hədiyyə edilən mənzil, təltif olunduğu “Tərəqqi” medalı ona verilən böyük qiymətdir

Qeyd edək ki, 1959-cu ildə Ordubad rayonunun Aza kəndində anadan olan Muxtar Məmmədoğlu (Məmmədov) bundan əvvəl oxucuların görüşünə “Şam ömrünün nağılı” adlı kitabla gəlib.

NUHÇIXAN kollektivi olaraq həmkarımızı təbrik edirik!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: