Ermənistanda əsgər ölümlərinin sayı artıb

127

Üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən  Ermənistan hərbi sahədə də iflasa uğrayıb. İşğalçı ölkədə əsgərlər arasında özünəqəsd və suiqəsd  hallarının sayı artıb. Bu isə cəmiyyətdə ciddi narazılıq yaradıb. Oktyabrın əvvəllində qulluq keçdiyi hərbi hissədə öldürülən əsgərin ailəsi isə Gümrüdə etiraz aksiyasına başlayıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın işğal altında olan Xocavənd rayonunda yerləşən hərbi hissələrdən birində öldürülən əsgər Gevorq Aroyanın qohumları Ermənistanın müdafiə naziri David Tanoyanın, separtçı Baku Saakyanın və Levon Mnatsakanyanın istefasını tələb edirlər. “Armtimes” xəbər portalının məlumatına görə,  hərbçinin dayısı Armen Beqlaryan Gümrüdəki Müqəddəs Akop kilsəsində xəbərdarlıq aksiyası təşkil edib. O, Gevorqun intihar etmədiyini, öldürüldüyünü iddia edir.

Beqlaryanın sözlərinə görə Aroyanın anası oğlu ilə hadisədən bir gün əvvəl görüşüb. Oğlan mənəvi cəhətdən sarsılmışdı, geyimsiz idi və göz qapağı göyərmişdi, başında isə çapıq vardı.

Beqlaryanın sözlərinə görə, bu hərbi hissədə qeyri-insani şərait hökm sürür. Həmin ailədən başqaları da danışıb. Gevorq bura püşk nəticəsində düşüb və az bir zamandan sonra xəbər verib ki, hərbi hissədə xidmət etmək bir yana, sağ qalmaq da çətindir. Ailə öz tərəfindən araşdırma aparmaq niyyətindədir. Hərbçinin dayısı deyir ki, onlarda bütün lazımi daxili məlumat var. Xalq artıq anlamalıdır ki, kim kimdir, bilməlidir ki, ordu nə gündədir.

Ölən əsgərin ailəsi baş verənlərlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana və onun həyat yoldaşı Anna Akopyana məktub göndəriblər.

Şikayətinə baxılmadığını görən Armen Beqleryan bacısı oğlunun öldürüldüyü Xocəvənd rayonuna gedəcəyini və eyni aksiyanı orada keçirəcəyini bəyan edib. Bildirib ki, orada da ona xeyli insan qoşulacaq. Çünki hər kəs mövcud vəziyyətdən narazıdır. Bu arada, işğal altında olan Ağdərə ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında növbəti kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Zəhərlənmədən ölən olmasa da istifadə müddəti keçmiş qida məhsullarını əsgərlərə verən hərbi hissədə yoxlamalar başlayıb.

İşğalçı ordunun 18-ci motoatıcı diviziyasında baş verən insident də böyük rezonans doğurub. Aralarında yaranan münaqişə nəticəsində avtomobil xidmətinin rəisi diviziyanın qərargah rəisini döyüb. Hadisədən dərhal sonra diviziya komandiri xidmət yerinə gələrək hərbi hissəyə həyacan siqnalı elan edib. Xidməti araşdırmadan sonra tədbir görülməsi məqsədilə sənədlər hərbi polisə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: