Xalq şairi Məmməd Arazın poeziya günü keçirilib

187

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş poeziya günü keçirilib.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olmasından bəhs edib.  Bildirib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar öz yaradıcılığı ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb.

Poeziya günündə ümumtəhsil müəssələrinin şagirdləri Xalq şairinin şeirlərindən nümunələr oxuyub, şeirlərinə bəstələnən mahnılar ifa ediblər.

Tədbirdə, həmçinin böyük sənətkarın həyatının mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Sonda Məmməd Arazın seçmə əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılıblar.

                                                                                          Nərgiz Qəhrəmanova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: