Naxçıvanda yeni bilik yarışmasına start verilib

195

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində gənclər arasında “Azərbaycan yurdum mənim” devizi altında bilik yarışmasının birinci turu keçirilib. Yarış renqlamentə əsasən iki turdan ibarətdir. Hər turda iştirakçılara Azərbaycana aid 50 sual təqdim edilir. Düzgün cavablandırılan hər sual iştirakçının hesabına 1 bal yazdırır. Beləliklə 30-dan yuxarı bal toplayan iştirakçılar ikinci turda iştirak etmək hüququ qazanırlar. İkinci turda mümkün 50 baldan ən çox xal toplayan iştirakçılar müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə layiq görüləcəklər. İkinci tur 20 oktyabr, mükafatlandırma mərasimi isə 24 oktyabrda  Gənclər Mərkəzində keçiriləcəkdir. Yarışda 70 nəfər gənc iştirak edir. Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra Katibliyi və YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. Qalib gəlmiş iştirakçılar Gənclər Fondu tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: